• İQTİSADİYYAT

    11:02 6 aprel 2019

Ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb

Mərkəzi Bankın "Kredit qoyuluşlarının sahələr üzrə struktur hesabatı"na görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb. ONA hesabata istinadən xəbər verir ki, martın 1-nə olan məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu 2 272,8 mln manat olub. Bu fevralın 1-nə olan göstərici ilə müqayisədə 1 faiz çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu rəqəm 13.56 faiz artıb.

Hesabata əsasən, ticarət və xidmət sektorunda kreditlərin cəminin kredit qoyuluşunda xüsusi çəkisi 17,7% təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR