2019-cu ilin yanvar ayında ticarət və xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kreditlərin cəmi məbləği 2 263,8 mln. manat olub. ONA Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata istinadən xəbər verir ki, bu göstərici 2018-ci ilin dekabr ayı ilə müqayisədə 4,51% azalıb.
Cari ilin yanvar ayında adıçəkilən sektora verilən kreditlərin 1 023.9 milyonu manatla olub.
2013-cü ildən bu yana ticarət və xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə ən çox kredit 2015-ci ildə olub. Adı çəkilən dövrdə qeyd olunan sahəyə verilən kreditin məbləği 3 157,3 mln manat olub.
Qeyd edək ki, kreditləşmədə Bank Olmayan Kredit Təşkilatları istisnalıq təşkil ediblər.