• İQTİSADİYYAT

    16:56 1 may 2019

Tikinti obyektlərinin 3 kateqoriyasına dövlət nəzarəti qaydası müəyyənləşib

Tikinti obyektlərinin 3 kateqoriyasına dövlət nəzarətinin təşkili qaydası müəyyənləşib.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda edilən dəyişikliklərdə əksini tapıb.

Qaydaya əsasən, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir:

- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;

- mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;

- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na edilən dəyişikliyə əsasən, bundan sonra bu tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçiriləcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR