Son illər ərzində pozitiv tendensiyalar Azərbaycan iqtisadiyyatına müsbət təsir edib. ÜDM 1,4% artıb. Bu pozitiv tendensiyalar 2018-ci ildə müşahidə olunub və tikinti sektorundan başqa iqtisadiyyatın bütün sahələrində müsbət artım dinamikası müşahidə olunub. ONA xəbər verir ki, bunu bu gün "Fitch Ratings" agentliyinin Bakıda keçirdiyi tədbirdə Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmisi Aytən Məmmədova bildirib.
Onun sözlərinə görə, inflyasiyanın səviyyəsi 2018-ci ilin sonunda 2,3% olub, halbuki Mərkəzi Bankın proqnozuna görə, ötən il bu göstərici 4-6% arasında olmalı idi: "Aşağı inflyasiya səviyyəsi və neft qiymətlərinin yüksək olması bank sektoruna müsbət təsir göstərir".