• İQTİSADİYYAT

    16:39 2 may 2019

Azərbaycanda tikintiyə icazə üçün elektron müraciət sisteminin əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda tikinti fəaliyyəti ilə bağlı vahid sistem çərçivəsində yaradılan tikintiyə icazə üçün elektron müraciət sisteminin istifadəsi yaxın gələcəkdə respublikanın regionlarında mümkün olacaq. ONA-nın xəbərinə görə, bunu "Təminat qeydi – yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılov deyib.

Onun sözlərinə görə, qeyd olunan sistem Komitə tərəfindən artıq bir sıra tikinti obyektlərinə tətbiq edilir.

"Sistem vasitəsilə təminat qeydi alətlərindən olan bölmə planın, tikinti layihəsi ilə birlikdə dövriyyəsi, həmin məlumatların Komitə tərəfindən aparılan tikintilərin dövlət reyestrində əks olunması, qanunla hədəflənən məqsədlərə xidmət edəcək. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş bölmə planının razılaşdırma qaydasında tələb var ki, bölmə planı Komitə tərəfindən aparılan tikintilərin dövlət reyestrinə təqdim edilsin. Bu reyestr açıq məlumatlara malikdir və istənilən şəxs həmin reyestr vasitəsi ilə gələcəkdə bölünmə planı almış binalarla bağlı məlumatı əldə edə biləcək. Yəni, vətəndaş özünə ev alarkən, dələduzluq və digər neqativ hallarla rastlaşmayacaq", - deyə R. İsmayılov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR