• İQTİSADİYYAT

    16:19 3 may 2019

TRACECA-nın Azərbaycan hissəsində son beş ildə 266 mln. tondan çox yük daşınıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 2014-2018-ci illərdə daşınmış yüklərin həcmi 266,1 mln. tona çatıb.

ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, dəhliz üzrə ən yüksək yükdaşıma göstərici 2014-cü ildə qeydə alınıb və 58,2 mln. ton təşkil edib. Ən aşağı göstərici isə 2016-cı ilə təsadüf edib – 50,3 mln. ton.

TRACECA dəhlizi ilə yüklər avtomobil, dəmir yolu və dəniz nəqliyyatı ilə daşınır. Daşımaların böyük bir hissəsi avtomobil nəqliyyatının payına düşür.

Hesablamalara əsasən, son 5 ildə avtomobil nəqliyyatı Avropa-Qafqaz-Asiya dəhlizinin Azərbaycan hissəsində üzrə yükdaşımaların payı 58,9% təşkil edib. 2014-2018-ci illərdə avtomobil nəqliyyatı ilə dəhliz üzrə 156,62 mln. ton yük daşınılıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR