ABŞ prezidenti Donald Tramp OPEC-ə qiymətlərin aşağı salnmasını stimullaşdırmaq məqsədilə istehsalı artırmağa çağırışından sonra xam neft fyuçerslərinə olan qiymət 1,5%-dən çox azalıb.
ONA-nın məlumatına görə, Tramp öz "Twitter" səhifəsində yazıb: "OPEC-in neft axınının artırması olduqca vacibdir. Dünya bazarlarında vəziyyət kövrəkdir, neftin qiymətləri çox yüksəkdir".
Belə ki, martın 28-də Brent markalı neftin qiyməti 1,7% azalaraq 66,66 dollara satılıb, WTI neftinin qiyməti isə 1,8% azalaraq 58,34 dollara təklif olunub.
Qeyd edək ki, Brent markalı neftin qiyməti 2019-cu ilin əvvəlindən 25%-dan çox artıb. Bu, OPEC və tərəfdaşların istehsalın azaldılmasına və Vaşinqtonun İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar sayəsində mümkün olub.
Bundan başqa, 28 marta olan neft qiymətlərinə ABŞ neft ehtiyatlarının ötən həftə 2,80 milyon barel artması da öz təsirini göstərib.