• İQTİSADİYYAT

    10:32 4 iyul 2019

"TuranBank" yeni kart məhsulunu istifadəyə verib

“Mastercard International" beynəlxalq ödəniş sisteminin tərəfdaşı olan "TuranBank" yeni kart məhsulunu istifadəyə verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Mastercard World Black Edition" kartı özündə eksklüzivlik və nüfuzu ehtiva edən unikal bank məhsuludur. Kartın özəlliyi ondadır ki, kart sahibləri dünyanın istənilən nöqtəsində müxtəlif xidmət və təkliflərdən 24 saat ərzində yararlana bilirlər. Xidmətlərdən biri “Mastercard Concierge” xidmətidir ki, biznes və digər məqsədlərlə edilən səyahətlərin istiqamətləri ilə bağlı məlumat və məsləhətlər, şəhər bələdçiləri, pasport və viza tələbləri haqqında məlumatlar verir. Bundan əlavə, premium kart istifadəçiləri "Lounge Key" xidməti sayəsində Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən hava limanlarının VIP gözləmə zallarından istifadə edə bilirlər. Səyahət xərclərinin hamısını "Mastercard World Black Edition" kartı ilə həyata keçirdikdə kart sahibləri "Səyahət sığortası" xidmətindən də yararlana biləcəklər.

Əlavə məlumat üçün "TuranBank"ın "935" Məlumat Mərkəzi və ya +994 50 268 72 22 "WhastApp" nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR