• İQTİSADİYYAT

    16:46 19 mart 2019

"Türk axını" kəmərinin quru və dəniz hissələri birləşdirilib

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz kəmərinin quru və dəniz hissələrinin birləşdirilməsi üzrə işləri başa çatdırıb.

ONA-nın layihənin operatoru olan "TurkStream" şirkətinə istinadən verdiyi məlumata görə, sonuncu qaynaq işləri Qara dənizdə qaz boru kəməri sisteminin yaradılması üzərində aparılan ümumi işlərin tamamlanmasının simvoludur.

Anapa yaxınlığında yerləşən Qara dəniz sahilindəki “Russkaya” kompressor stansiyası artıq işə hazırdır. Beləliklə, Türkiyə ərazisindəki gəbuledici terminal 15,75 milyard kubmetr həcmində olan "Türk axını"nın birinci xəttinin təmamlanmamış yeganə obyektidir.

Kəmərin birinci xəttinin istifadəyə verilməsi bu ilin dördüncü rübünə planlaşdırılır. Bu xətt Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün nəzərdə tutulub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR