• İQTİSADİYYAT

    14:41 11 may 2019

“Türk axını” kəməri vaxtında istifadəyə veriləcək

"Türk axını" qaz kəməri vaxtında, yəni 2019-cu ilin sonunda, istifadəyə veriləcək.

ONA-ın “Anadolu Ajansı”na istinadən veridiyi xəbərə görə, bunu "Türk axını" konsorsiumunun nümayəndəsi Aslı Esen deyib.

O bildirib ki, qaz kəmərinin dəniz hissəsinin tikintisi tam başa çatıb və hazırda üzərində sınaq işləri aparılır.

“Qaz kəməri planlaşdırılan kimi ilin axırında istifadəyə veriləcək”, - Esen qeyd edib.

Qeyd edək ki, “Türk axını” Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyənin qonşu ölkələrlə sərhədinədək uzanacaq qaz kəməri layihəsidir. Kəmərin birinci xətti Türkiyə bazarının, ikinci kəməri də Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub. Hər xəttin nəql gücü ildə 15,75 mlrd. kubmetrdir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR