Bu gündən etibarən “Türk Hava Yolları” Ankara-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayıb.
ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin I, III və V günləri, əks istiqamətdə isə II, IV və VI günləri yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin üç fərqli şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirir – İstanbul, Antalya və Ankaradan.