• İQTİSADİYYAT

    12:40 8 aprel 2019

“Türk Hava Yolları” apreldə Ankara-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayacaq

“Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara aviareysi üzrə birbaşa uçuşlara başlayacaq.

Aviaşirkətdən ONA-ya verilən məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin I, III və V günləri saat 23:45-də, əks istiqamətdə isə II, IV və VI günləri saat 04:30-da yerinə yetiriləcək.

Bununla da “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin üç fərqli şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirəcək – İstanbul, Ankara və Antalyadan.

Qeyd edək ki, sözügedən marşrut üzrə may ayının sonuna minimal biletin qiyməti 247 manat təşkil edir.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR