“Türk Hava Yolları” aviaşirkətinə daxil olan 12 ədəd "Boeing 737 MAX" tipli sərnişin təyyarələri ilə həyata keçirilən uçuşlar ikinci qərara qədər dayandırılıb.
Bu barədə ONA-ya aviaşirkətdən məlumat verilib.
Qərar martın 13-dən tətbiq olunacaq.
Bu il martın 10-da Efiopiyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması və nəticədə 157 nəfərin ölməsi ilə Çin hava gəmisindən istifadəni rəsmən dayandırıb. Çinin Mülki Aviasiya Administrasiyası İndoneziyada və Efiopiyada eni tipli təyyarənin qəzaya uğramasında oxşarlıq aşkar etdiyini bəyan edib. Martın 12-də bir sıra Avropa ölkələri bu tipli təyyarələr üçün hava məkanların qapalı elan edib. Həmçinin Vyetnam, İndoneziya, Monqolustan, Oman, Rusiya, Qazaxıstan və Sinqapur qəzanın dəqiqi səbəbləri aydınlaşana qədər təyyarənin istifadəsini dayandırıb.
“Boeing 737 MAX” – “737” seriyasının buraxdığı 4-cü nəslidir və 2017-ci ildən istismara verilib.