• İQTİSADİYYAT

    11:06 17 aprel 2019

Türkiyə şirkətləri Azərbaycanda enerji layihələrində iştirakda maraqlıdır

Türkiyənin "KEP International Trade and Representation" şirkəti Azərbaycanda Yaşma ərazisində tikilməsi nəzərdə tutulan 1 000 MVt-lıq yeni elektrik stansiyasının tikinti layihəsində iştirak etməyə maraq göstərir.

"Azərenerji"-dən ONA-ya verilən məlumata görə, Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“KEP International Trade and Representation” şirkətinin baş direktoru Halim Neyzinin və həmin şirkətin məsləhətçisi Nülənd Çilingirin də iştirak etdiyi görüşdə Azərbaycanda yeni generasiya güclərinin yaradılması, Yaşma ərazisində tikilməsi nəzərdə tutulan 1 000 MVt-lıq yeni elektrik stansiyası layihəsinə xarici investorların, o cümlədən türk şirkətlərinin cəlb edilməsi mövzusunda müzakirələr aparılıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR