• İQTİSADİYYAT

    18:08 1 aprel 2019

Türkiyə Azərbaycan neftinin idxalını artırıb

Türkiyə Azərbaycan idxal etdiyi neftin həcmini artırıb. Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 78 min ton xam neft idxal edib ki, bu da 2018-ci ilin dekabr ayı ilə müqayisədə 4,9 dəfə çoxdur.

ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2018-ci ilin yanvarında Türkiyə Azərbaycandan neft idxal etməyib.

Türkiyəyə neft idxalına görə birinci yeri İraq tutur ki, yanvar ayında bu ölkədən Türkiyəyə təxminən 726,12 min ton neft ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə hesabat ayında Türkiyəyə 381,2 min ton neft nəql edib.

Qeyd edək ki, yanvar ayında Türkiyənin ümumi neft idxalı 2018-ci ilin analoji ayına nisbətən 48,14% artaraq 2,19 mln. ton təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR