• İQTİSADİYYAT

    13:32 3 iyun 2019

Türkiyə Azərbaycan qazının idxalını 31% artırıb

Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2,26 mlrd. kubmetr həcmində qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında üçüncü yeri tutur.

ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin birinci rübündə aylarında Azərbaycandan 1,72 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-mart aylarında bu ölkədən Türkiyəyə təxminən 4,45 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 2,34 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, birinci rüb Türkiyənin qaz idxalı 2018-ci ilin eyni ayına nisbətən 8,3% azalaraq 10,11 mlrd. kubmetr təşkil edib. Belə ki, ötən ilin yanvar-mart aylarında Türkiyə 10,95 mlrd. kubmetr qaz idxal edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR