• İQTİSADİYYAT

    15:14 2 may 2019

Türkiyə Azərbaycan qazının idxalını 32% artırıb

Türkiyə 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan 1,49 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 32% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında üçüncü yerdə qərarlaşıb.

ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-fevral aylarında Azərbaycandan 1,13 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-fevral aylarında bu ölkədən Türkiyəyə təxminən 3,05 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 1,51 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, yanvar-fevral aylarında Türkiyənin qaz idxalı 2018-ci ilin eyni ayına nisbətən 13% azalaraq 5,81 mlrd. kubmetr təşkil edib. Belə ki, ötən ilin yanvar-fevral aylarında Türkiyə 6,23 mlrd. kubmetr qaz idxal edib.

Bu ilin yanvar-fevral ayılarında Türkiyəyə idxal olunmuş ümumi qazın 6,05 mlrd. kubmetri boru xətti şəbəkəsi vasitəsilə həyata keçirilib, idxalın 4,03 mlrd. kubmetrini isə mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR