Cocuq Mərcanlıda yaxın vaxtlarda suvenir fabrikinin istismara verilməsi gözlənilir. Bunu ONA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfirin sözlərinə görə, fabrikin tikinti işləri yaxın iki ay ərzində tamamlanacaq.
Qeyd edək ki, layihə Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) təşəbbüsü ilə icra olunur. Hazırda TİKA tərəfindən həyata keçirilən işlər çərçivəsində kənddə istixanalar və arıçılıq kompleksləri yaradılıb.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə səfirliyinin Cocuq Mərcanlıda, birgə layihələrinin həyata keçirilməsi çərçivəsində hər biri 160 kvadratmetr olan 15 tunel tipli istixana quraşdırılmışdır. İstixanalar damcı sulama sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə, pestisid və bitki baxımına aid vasitələr və avadanlıqlar verilib.
Bununla yanaşı, kəndin 15 ailəsinə 10 arıçılıq təsərrüfatları və digər zəruri avadanlıq və materiallar verilib.