Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk qatar yola salınıb
  • İQTİSADİYYAT

  • 14:32 29 Yanvar 2021

Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk qatar yola salınıb

Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.

Məlumata görə, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik yolu 8 günə qət edəcəyi gözlənilir. 40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi 150 tondur.

Qatar Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.

Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və “Russian Railways Logistics” (Rusiya) şirkətləridir.

Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə iki ixrac qatarı çatdırılıb.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR