Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,202 mlrd. barel neft yola salınıb.
ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 178 tanker yüklənib. Bu günə olan vəziyyətə görə, Ceyhan neft terminalından 75,307 mln. barel neft və 93 tanker yüklənilib.
Qeyd edək ki, bu ilin martın 17-dən aprelin 23-dək terminalda 30 tanker yüklənilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.