Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,178 milyard barel neft yüklənib. ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 148 tanker yüklənib.
Bu günə olan vəziyyətə görə, Ceyhan neft terminalından 51,683 mln. ton neft və 63 tanker yüklənib.
Qeyd edek ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.