• İQTİSADİYYAT

    13:43 4 aprel 2019

Rusiya TAPI qaz kəmərinin inşası üçün Türkmənistanı borularla təmin edəcək

Çelyabinsk Boru İstehsali zavodu Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (Turkmenistan-Afghanistan-Pakistan-India - TAPI) beynəlxalq qaz kəmərinin Türkmənistan hissəsinin tikintisi üçün bu ölkəni lazım olan borularla təmin edəcək.

ONA-nın Rusiyə mətbuatına istinadən verdiyi məlumata görə, müqavilənin şərtlərinə əsasən, tenderdə qalib gələn Rusiya müəssisəsi "Türkmənqaz" dövlət konserninin 219 mln. dollar məbləğində olan 214 km uzunluğunda borularla təchiz edəcək.

Qeyd edək ki, daha əvvəl Türkmənistan mətbuatı TAPI qaz kəmərinin Türkmənistan hissəsinin tikintisi üçün boruların Səudiyyə Ərəbistanından alacağını bildirmişdi.

Emil

Teqlər:

SON XƏBƏRLƏR