• İQTİSADİYYAT

    17:23 29 may 2019

Avroliqanın final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar radiotezlik spektrinin qorunması gücləndirilib. Bu barədə ONA-ya Dövlət Radiotezliklər İdarəsindən bildirilib.

Stadion ərazisində İdarənin Radiomonitorinq şöbəsi tərəfindən radioelektron avadanlıqların parametrləri əsaslı yoxlanılıb.

Ayrıca olaraq mobil rabitənin etibarlı və sabit fəaliyyətini təmin etmək məqsədilə ərazidə operatorlar tərəfindən mobil baza stansiyaları quraşdırılıb. Yüksək keyfiyyətli televiziya yayımımı təmin etmək üçün isə zəruri olan tezliklər ayrılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR