• İQTİSADİYYAT

    15:00 23 may 2019

Ukrayna şirkəti Azərbaycanda kibertəhlükəsizliklə bağlı layihələr icra etmək niyyətindədir

Ukraynanın "10Guards" şirkəti Azərbaycanda kibertəhlükəsizlik sahəsində qarşılıqlı layihələr həyata keçirməyi təklif edir.

ONA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, şirkət kiberrisklərə qarşı dayanıqlılıq və onlardan maksimum qorunmasına dəstək verir.

"10Guards"ın təklif etdiyi xidmətlər sırasında kiberdayanıqlılığın və GDPR-a uyğunluğun qiymətləndirilməsi, etik haker xidmətləri, təhdidlərin aşkarlanması və kənarlaşdırılması, kibertəhlükəsizlik auditi və s. qeyd etmək olar.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR