"Umid Babek Operation Company" açıq müsabiqə elan edib
  • İQTİSADİYYAT

  • 15:06 24 May 2019

"Umid Babek Operation Company" açıq müsabiqə elan edib

"Umid Babek" əməliyyat şirkətinin Azərbaycandakı filialı “Ümid-2” və “Babək” layihələrinin beynəlxalq tələblərinə uyğun layihələndirilmiş dizaynı çərçivəsində “Slug Catcher”in (şlamın toplanması qurğusu) satınalınması məqsədi ilə açıq müsabiqə elan edib.

SOCAR-dan ONA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət, iştirak haqqının ödənilməsi barədə bank sənədi və texniki müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 təqvim günü qüvvədə olmalıdır) təqdim edilməlidir.

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən gec bu ilin iyunun 21-i saat 17:00-dək Azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır. Texniki təklifinin bir əsli və iki surəti olmaqla iyunun 24-ü saat 14:00-dək təqdim edilməlidir.

Texniki zərflərin açılışı iyunun 24-də saat 14:00-da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR