• İQTİSADİYYAT

    14:19 31 may 2019

"Ümid" yatağında tikiləcək ikinci platformada ilk qaz 2022-ci ildə hasil olunacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında tikiləcək ikinci platformada ilk qaz hasilatı 2022-ci ilə planlaşdırılır.

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən "Umid Babek Operating Company"nin baş direktoru Əli Qurbanov deyib.

Onun sözlərinə görə, yeni platformada hasilatın başlanılması 2022-ci ilin dördüncü rübündə nəzərdə tutulub. Yeni platformadan 4 quyunun qazılması planlaşdırılır. Bu platforma "Ümid" və "Babək" yataqları üçün hab kimi istifadə ediləcək.

Bundan başqa, Ə. Qurbanov qeyd edib ki, "Babək" sahəsində ilk quyunun kəşfiyyatı və sınağı 2021-ci ildə nəzərdə tutulur və nəticə uğurlu olarsa, quyu istismara yönəldiləcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR