• İQTİSADİYYAT

    13:23 13 mart 2019

UNDP Azərbaycana verə biləcəyi dəstəyi öz planlarına daxil edəcək

BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanın prioritet istiqamətlərində ölkəyə verə biləcəyi dəstəyi öz planlarına daxil edəcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BMT-nin baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini Miryana Spolyariç Eqqer deyib.

Onun sözlərinə görə, səfəri çərçivəsində Azərbaycanın bir sıra rəsmi dairələri ilə görüşlər keçiriləcək və bu görüşlərdə Azərbaycanla BMT-nin İnkişaf Proqramının əməkdaşlığını müzakirə ediləcək.

"Azərbaycanda olmağından çox şadam. Bu, mənim Azərbaycana ilk səfərimdir. Səfər çərçivəsində Azərbaycanda keçirilən İnternet İdarəçilik Forumuna qatılmaq mənim üçün çox xoşdur. Böyük məmnuniyyətlə həm bu forumda, həm də sabah təşkil olunacaq mühüm digər tədbirlərdə iştirak edəcəyəm",- deyə Miryana Spolyariç Eqqer qeyd etdi.

BMT-nin rəsmisi məmnuniyyətlə Azərbaycanla 20 ildən artıq davam edən əməkdaşlıq barədə danışaraq, bu əməkdaşlığı daha da dərinləşdiriləcəyini bildirib: "Eyni zamanda səfərim çərçivəsində çalışacağam ki, fürsətdən istifadə edib, Azərbaycanın gözəl və görməli yerlərinə baş çəkim”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR