• İQTİSADİYYAT

    13:07 21 may 2019

Deputat: “Statistika Komitəsinin sədri bazara, marketə gedir, ya yox, nəyin qiyməti azalıb?”

“Statistika Komitəsinin məlumatında bildirilir ki, istehlak qiymətləri 14,7% azalıb. Bu barədə Hesablama Palatasını da rəyi var. Mən bilmirəm Statistika Komitəsinin sədri bazara, marketlərə gedir, ya yox. Azərbaycanda nəyin qiyməti azalıb?”

ONA-nın məlumatına görə, bunu bu gün millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

V.Əhmədov deyib ki, bu il qiymətlərin azaldığını hiss etməyib: “Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıb. Danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR