• İQTİSADİYYAT

    13:45 21 aprel 2022

Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən gedib

Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Lukoyl”un yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, "Lukoyl" Rusiyanın ən böyük özəl neft şirkətidir. Şirkərin mətbuat xidmətinin yaydığı məlumtda bildirilib ki, "Lukoyl"un həmsahibi, prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib. Bu gün şirkətin direktorlar şurasının sədrinə müvafiq istefa barədə məktub göndərilib. Şirkət qeyd edib ki, Vahid Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.

Xatırladaq ki, bir müddət əvvəl V.Ələkbərov Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR