“Dünyada ən çox neft hasil və ixrac edən İran ABŞ-ın sanksiyaları ilə üzləşib. Bu, neft bazarına çox mənfi təsir edir”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.
Valeh Ələsgərov deyib ki, bu, dünyada neft bazarında qiymətin yüksəlməsinə gətirib çıxara bilər: “Bu proses sonra əks istiqamətdə də cərəyan edə bilər. Ona görə də böhran nə qədər tez aradan qaldırılsa, o qədər yaxşıdır. Məsələn, 1980-ci illərdə İraq-İraq müharibəsi başladı, neftin qiyməti 3 dəfə qalxdı. 1986-cı ildə isə neftin qiyməti 3 dəfə aşağı düşdü. SSRİ neft və qazdan böyük valyuta qazanırdı, bu valyuta mənbəyini itirdi. Ona görə də neft bazarı tarazlı inkişaf etsə, daha yaxşı olar”.