• İQTİSADİYYAT

    13:52 5 sentyabr 2023

Valyuta hərracında bankların dollar tələbi 41 mln. təşkil edib

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

ONA AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 41.4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 18.8% azdır. Belə ki, 31 avqustda keçirilən valyuta hərracında banklar 51 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR