"Forbes" jurnalının dərc etdiyi Rusiyanın ən zəngin iş adamları reytinqində üçüncü yerin sahibi "Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov (20,7 mlrd. ABŞ dolları) olub.
ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reytinqin birinci pilləsində 24 mlrd. dollarla “Sibur” və “Novatek” şirkətlərinin ən böyük səhmdarı Leonid Mixelson qərarlaşıb. İkinci yerin sahibi isə NLMK-nın (Novolipetsk metallurgiya kombinatı) İdarə Heyətinin sədri Vladimir Lisin (21,3 mldr. dollar) olub.
Reytinqin dördüncü yerində "Severstal" Direktorlar Şurasının sədri Aleksey Mordaşov (20,5 mlrd. dollar), beşinci pilləsində isə Gennadi Timçenko (20,1 mlrd. dollar) yer alıb.