• İQTİSADİYYAT

    11:34 7 may 2019

Venesuelada azad valyuta mübadiləsinə icazə verilib

Venesuela Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən kommersiya banklarına milli valyutanın azad mübadiləsinə icazə verib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2003-cü ildən etibarən Venesuelada xarici valyuta dövlətin ciddi nəzarəti altında idi və onunla əməliyyatlar faktiki olaraq qadağan edilmişdi. Nəticədə, bu, dolların rəsmi olaraq müəyyən edilmiş məzənnəsindən dəfələrlə baha satıldığı böyük "qara bazar"ın yaranmasına səbəb olmuşdu. Yalnız 2018-ci ilin avqust ayında hökumət dollarları liberallaşdırdı, lakin son aylarda “qara bazar”ın məzənnəsinə yaxın, hətta daha yüksək olan rəsmi DICOM məzənnəsini saxlamışdı.

İndi isə hər bir kommersiya bankı vətəndaşlardan valyutanı özünün təyin etdiyi məzənnəyə uyğun olaraq alıb və ya satmaq hüququna malikdir. Eyni zamanda, əvvəlki DICOM məzənnəsi Mərkəzi Bankın sənədində qeyd olunmayıb.

Bununla yanaşı, banklar gündə bir dəfə Mərkəzi Banka özlərinin təyin etdikləri orta çəkili məzənnələrini təqdim etməlidirlər ki, onların əsasında Mərkəzi bank öz məzənnələrini formalaşdırıb dərc edəcək.

Faktiki olaraq Venesuela iqtisadiyyatının dollarlaşması ötən aylarda xarici valyuta dövriyyəsi üçün rəsmi icazə veriləndən etibarən davam edir. Ölkədə milli valyutanın (bolivar) demək olar ki, olmaması səbəbindən hotel, restoran və ticarət obyektlərində tədricən rəsmi olaraq dollar qəbul edilməsinə başlandı.

Banklar valyuta mübadiləsini nağdsız şəkildə də apara biləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR