Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb
  • İQTİSADİYYAT

  • 09:41 23 Aprel 2019

Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) rezidentlərə əlavə güzəşt əldə etmək məqsədilə vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlayıb. Bu barədə ONA-ya YTP-dən bildirilib.

YTP-dən verilən məlumata görə, hazırda sənəd AMEA tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda müvafiq strukturlara təqdim olunacaq.

Təklif rezidentlər tərəfindən gətirilən xammal və ehtiyat hissələri üzrə gömrük rüsumlarından və ƏDV-dən azadolma imkanını nəzərdə tutur. Əlavə güzəştlərin əldə olunması YTP-nin investorlar üçün daha cəlbedici olmasına zəmin yaradacaq.

"Hazırda YTP-nin nəzdində uzunmüddətli layihələri olan 10 rezident fəaliyyət göstərir. Rezident statusunu almaq üçün daha bir şirkət müraciət edib. Şirkətin fəaliyyət sahəsi mikrobiologiya ilə bağlıdır. Müraciət ekspertlər şurası tərəfindən təsdiqləndikdən sonra bu qurum da rezident statusunu əldə edəcək", - deyə YTP-dən qeyd ediblər. 

OXŞAR XƏBƏRLƏR