Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund - IMF) Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ONA Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə IMF ilə Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.