• İQTİSADİYYAT

    13:13 29 mart 2019

Vergilər Nazirliyi: "Yaxın günlərdə fiziki şəxslərin sadələşdirilmiş elektron qeydiyyat prosesinə başlanılacaq"

Azərbaycanda vergi qeydiyyatı ilə bağlı elektron müraciətlərin 81,3%-i elektron qaydada həyata keçirilir. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, əgər ötən ilin əvvəlində qeydiyyata alınan kommersiya hüquqi şəxslərin 69,8%-i elektron qeydiyyata alınırdısa, bu ilin son 3 ayı ərzində bu rəqəm 12% artıb: "Bu o deməkdir ki, əgər bir ayda 1 000 hüququ şəxs qeydiyyata alınırdısa, həmin hüquqi şəxslərin 81,3%-i artıq elektron qaydada qeydiyyata alınır. Yəni 1 prosedurla qeydiyyatın həyata keçirilməsi prosesi tam tətbiq olunur".

Ə.Məmmədov onu da bildirib ki, yaxın günlərdə fiziki şəxslərin də sadələşdirilmiş, FİN-kod vasitəsi ilə qeydiyyat prosesinə başlanılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR