• İQTİSADİYYAT

    12:04 5 aprel 2019

“Veysəloğlu” uşaq qidası ilə bağlı yayılan xəbərə aydınlıq gətirib

“Veysəloğlu” MMC “Malyutka 2” uşaq qidası ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

MMC-dən ONA-ya bildirilib ki, uşaq qidası ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Qeyd olunub ki, “Veysəloğlu” 2007-2018-ci illərdə Nutricia B.V. (Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq edib, şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının respublikamıza dağıtımını həyata keçirib: “2018-ci ilin aprel ayından etibarən şirkətimiz “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırıb. 1 noyabr 2018-ci il tarixindən etibarən isə adı çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilib. Xitam müqaviləsi imzalandığı tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları “Nutricia” şirkətinin təyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilib”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR