• İQTİSADİYYAT

    12:47 24 may 2019

Vitse-spiker: “Bəzi ölkələr BTC-nin qarşısını almaq üçün 100 milyonlarla dollar vəsait xərcləyirdi”

“Azəri-Çıraq-Günəşli yatağının işlədilməsi ilə bağlı müqavilənin müddəti 2050-ci ilə qədər daha üstün, əlverişli şərtlərlə uzadılıb”.

ONA-nın məlumatına görə, bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

Valeh Ələsgərov deyib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri həyata keçirilərkən 263 beynəlxalq QHT bunun qarşısını almağa çalışıb: “Bəzi ölkələr Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin qarşısını almaq üçün 100 milyonlarla dollar vəsait xərcləyirdi. Heydər Əliyevin nüfuzu sayəsində dünya siyasətini müəyyənləşdirən dövlətlər qarşısında öz yerimizi tutduq. Heydər Əliyev şəxsən Vaşinqtonda Dünya Bankının rəhbərliyinə bu layihəni təqdim etdi, danışıqlar uğurla nəticələndi”.

Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Heydər Əliyevin siyasəti davam etdirildiyi müddətdə Azərbaycana heç kim bata bilməz.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR