• İQTİSADİYYAT

    11:32 16 may 2019

Azərbaycan kreditə əlçatarlıq indikatoru üzrə bir il ərzində 100 pillə irəliləyib

“Düynada açıq bankçılıq sürətlə inkişaf edir, 2018-ci ildə bir sıra ölkələrdə bu sahədə qanunvericilik təkmilləşdirilib”.

ONA-nın məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) bildirib.

V. Qasımov deyib ki, keçən il iyulun 18-də Honkonqda açıq bankçılıqla normativ hüquqi çərçivəni müəyyənləşdiriblər: “Banklara virtual şəkildə rəhbər təlimatları verilib. Eyni zamanda Çili və Braziliyada da belə yanaşmalar tətbiq edilir. Açıq bankçılıq bak sektorunun sürətli inteqrasiyasına gətirib çıxarır. Hamımız başa düşürük ki, həm klassik banklarımız, həm də mobil operatorlarımız bu nöqteyi-nəzərdən çevik yanaşmanı ortaya qoymalı və açıq bankçılıq baxımından sürətlə inteqrasiyanı həyata keçirməlidirlər”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru qeyd edib ki, Azərbaycanda vacib məsələlərdən biri effektiv kredit hesabatlılıq sisteminin yaradılmasıdır: “Prezidentin apardığı effektiv iqtisadi islahatlar çərçivəsində Azərbaycanda özəl kredit bürosunun yaradılması, daşınan əmlakın yüklülüyü reyestrinin, Kredit Zəmanət Fondunun formalaşdırılması bütövlükdə informasiya simmetriyasının aradan qaldırılması baxımından əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, Azərbayan “Doing Business”də son 1 il ərzində kreditə əlçatarlıq indikatoru üzrə 1 il ərzində 100 pillə irəliləyib və 122-ci yerdən 22-ci yerə gəlib. Gələcəkdə isə artıq effektiv kredit hesabatlılığı sisteminin süni intellekt əsasında daha da təkmilləşdirilməsi imkanları həyata keçiriləcək. Bu sahədə Azərbaycan bankları geniş işlər görmək imkanındadır. Çünki bu, tək informasiya simmetriyasını aradan qaldırmır, həm də təzə alətlər verir, dəyərlər yaradır”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR