"Bu il də Azərbaycan dünyanın ən islahatcı 10 ölkəsinin sırasında olacaq".
ONA-nın xəbərinə görə, bunu "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın portalının təqdimatında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V. Qasımlı qeyd edib ki, Dövlət-Biznes Dialoqu Platformasının yaradılması zamanı beynəlxalq təcrübə öyrənilib: "Dövlət-Biznes Dialoqu Platforması özünün bir sıra özəllikləri ilə fərqlənir. Platforma dövlətin bütün infrastrukturlarını, özəl sektoru tam əhatə edir. Bu dialoq dünyada ilk dəfə olaraq rəqəmsal çərçivədə fəaliyyət göstərir. Biz islahatlar üçün vacib olan beynəlxalq təcrübəyə xüsusi önəm veririk. Sözün əsl mənasında bu dialoqu ən yüksək həddə gətirib çıxartmışıq".