• İQTİSADİYYAT

    09:19 15 aprel 2019

Böyük Britaniyanın energetika şirkəti Azərbaycandakı filialını bağlayır

Böyük Britaniyanın "Wood Group Kenny UK Limited" şirkəti Azərbaycandakı filialının ləğv olunmasını elan edib.

ONA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələbini Bakı şəhər, Nobel prospekti, 15, “Azure Biznes” mərkəzi, 10-cu mərtəbə, 57-ci ofis ünvanına bildirə bilərlər.

Qeyd eədk ki, "Wood Group Kenny" dünyada sualtı və boru kəməri üzrə mühəndislik xidmətləri sahəsində müstəqil mütəxəssis hesab edilir. "Wood Group Kenny" energetika sahəsində xidmətlər təklif edən "Wood Group" beynəlxalq şirkətinin bölməsidir. Şirkət 2008-ci ildən BP ilə "Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə çalışaraq layihə çərçivəsində mühəndislik və sualtı hasilat sistemləri layihəsinin idarə edilməsi xidmətlərini göstərib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR