"Xalq Bank" 2019-cu ilin ilk iki ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
ONA bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin ilk iki ayında "Xalq Bank"ın aktivlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 2 134 619,8 min manata çatıb.
Hesabat dövründə bankın öhdəlikləri ötən ilin yanvar-mart ayları ilə müqayisədə 5,2% artaraq 1 845 393,3 min manat, cəmi kapitalı isə 8% artaraq 289 226,5 min manat təşkil edib.
Cari ilin göstəricilərinə görə "Xalq Bank" 1 167,6 min manat mənfəət vergisi ödədikdən sonra 5 999,7 min manat xalis mənfəət əldə edib.
Qeyd edək ki, ötən ilin ilk rübündə bank mənfəət vegisi ödəməyib. Ötən illə müqayisədə bankın bu ili cəmi faiz gəlirləri 1,4% azalaraq 3 749,4 min manat , faizlə bağlı xərcləri 2,8% azalaraq 3 749,4 min manat, xalis faiz gəlirləri 16,1% azalaraq 12 202,0 min manat, qeyri-faiz xərclərinin cəmi isə 36,5% artaraq 7 465,3 min manat təşkil edib.