• İQTİSADİYYAT

    15:25 25 aprel 2019

"Xalq Bank"ın mənfəəti azalıb

“Xalq Bank” bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA bankın hesabatına istinadən xəbər verir ki, bank ilin ilk rübünü 7,199 mln. manatlıq xalis mənfəətlə başa vurub. Lakin, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% azdır.

Hesabat dövründə bankın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% azalaraq 2 214,354 mln. manat təşkilb edib.

Bundan başq, “Xalq Bank”ın cəmi öhdəlikləri 1,4% azalaraq 1 931,5 mln.manat, depozit portfeli isə 3,3% azalaraq 1 440,8 mln. manat təşkil edib. Bankın kredit portfeli 11,4% artaraq 1 427,4 mln. manat olub.

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi 23,5% azalaraq 24,1 mln. manat təşkil edib.

Bu ilin birinci rübündə “Xalq Bank”ın faiz gəlirləri 1% artaraq 27,4 mln. manat, faiz xərcləri 0,1% artaraq 5,8 mln. manat, qeyri-faiz gəlirləri 8,8% azalaraq 2,8 mln. manat, qeyri-faiz xərcləri isə 33,5% artaraq 11,5 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR