• İQTİSADİYYAT

    12:00 18 aprel 2019

Azərbaycan xam neft məhsullarının ixracını artırıb

Bu ilin ilk üç ayı ərzində Azərbaycan xarici ölkələrə 4 484 549,22 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu məhsulların əksər hissəsi (78,81%-i) xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının payına düşüb.

ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə, hesabat dövründə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixrac məbləği hesabat dövründə 24% artaraq 3 534 348,62 min dollar olub.

Qeyd edək ki, ötən ilin ilk üç ayında da ixrac olunan məhsullar arasında ilk yerdə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR