Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış “Bakı Metropoliteni”nin "Xətai" stansiyasının açılışı planlaşdırılmış vaxtından tez baş tuta bilər.
ONA-nın xəbərinə görə, bunu “Bakı Metropiliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, tədbirlər planına əsasən, stansiyanın açılışı avqustun 10-da nəzərdə tutulub. Buna baxmayaraq, təmir işlərinin planlaşdırıldığından daha sürətlə aparılması ilə bağlı stansiyanın istifadəyə verilməsi nəzərdə tutulan vaxtdan bir qədər tez həyata keçirilə bilər: “Hazırda stansiyada təmir-bərpa işləri sürətlə davam edir, həmçinin ekskalatorların sazlanması prosesi də aparılır”.