• İQTİSADİYYAT

    12:59 15 iyul 2019

"Xəzər adaları" "Azərbaycan Sənaye Korporasiyası"na verilib

"Avesta Konserni" MMC-yə məxsus "Xəzər adaları" kompleksi ("Yeni şəhər" kompleksi – red.) "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına verilib. Bu barədə "APA-Econimics"ə "Azərbaycan Sənaye Korporasiyası"ndan bildirilib.

Korporasiyadan verilən məlumata görə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı olaraq, Təhvil-Təslim Komissiyasının qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər ("Yeni şəhər" kompleksi - red.) "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına verilib.

ASC-dən həmçinin bildirilib ki, kompleksin adı dəyişdirilərək "Yeni sahil" adlandırılıb: "Kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək".

ONA

Teqlər:

SON XƏBƏRLƏR