• İQTİSADİYYAT

    16:04 17 aprel 2019

Xəzər dənizinin ən böyük barjı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir olunub. Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

ONA-ya ASCO-dan verilən xəbərə görə, təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib, Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib.

Təmirdən sonra STB-1 heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

Məlumat üçün bildirək ki, STB-1 barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

STB-1 dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR