• İQTİSADİYYAT

    12:28 22 aprel 2019

Xəzərdə inşa olunacaq yeni platformaya 6 mlrd. dollar sərmayə yatırılacaq

"Mərkəzi-Şərq Azəri" platformasının inşasına təqribən 6 mlrd. dollar sərmayə yatırılacaq.

ONA-nın xəbərinə görə, bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, “Mərkəzi” və “Şərqi Azəri” platformaları arasında, suyun 140 metr dərinliyi olan hissəsində, quyuqazma imkanı olan hasilat planforması quraşdırılacaq.

"Platformanın inşası 2022-ci ilin ortalarınadək başa çatdırılacaq. İnşaat işləri yerli resurslardan istifadə etməklə həyata keçiriləcək. İnşaat işlərinin pik dövründə 8 minədək yeni iş yeri mövcud olacaq. 2023-cü ildən etibarən bu platforma hasilata başlayacaq. Platformanın gündəlik hasilat gücü 100 min barel təşkil edəcək. Saziş müddətində hasilat gücü təxminən 300 mln. barelə malik olacaq. Bu platformanın inşası Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı platformalarımızın sayını 9-a, “Şahdəniz”də isə 11-ə çatdıracaq",- deyə B. Aslanbəyli bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR