Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
ONA-nın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar,Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 3-də Xızı rayonunda baş tutub. Bugünkü satış zamanı 36 vətəndaş müraciət edərək 20 ton azot gübrəsi əldə edib.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.