“Aqrolizinq” ASC azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı aprelin 3-də Xızı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar satış barədə ətraflı məlumat almaq üçün DAİM-in müdiri Mirzəyev Vidadi (+994 55 671 24 44) ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından etibarən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.